Çexiyada prezident seçkiləri başladı

Bu gün Çexiyada prezident seçkilərinin birinci turu başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, seçkilər 2 gün ərzində – bu gün yerli vaxtla saat 14:00-dan 22:00-dək və sabah saat 08:00-dan 14:00-dək keçiriləcək.

Bu ilki seçkilər zamanı 9 nəfərin namizədliyi qeydə alınıb.

Son rəy sorğularına əsasən, hazırkı prezident Miloş Zeman və Çexiya Elmlər Akademiyasının keçmiş sədri Yirji Drqaoş favorit hesab olunur. Çexiyalı sahibkar və bir neçə mahnı müəllifi Mixal Qoraçek rəy sorğularında 3-cü yerdə qərarlaşıb.

Birinci turda ən çox səs toplamış iki namizəd ikinci turda iştirak edəcək. İkinci tur səsverməsi yanvarın 26-27-də keçiriləcək.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>