Elnarə “Xeyirli axşamlar”dan getdi -

Müğənni Elnarə Xəlilova "Lider" telekanalındakı "Xeyirli axşamlar" verilişindən ayrılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, müğənninin kanaldan ayrılmasına səbəb verilişin rəhbəri ilə yola getməməyi olub.

Bildirilir ki, müğənnidən verilişə dəvət edilmiş qonaqların birini xüsusi təmtəraqla təqdim etmək tələb edilib. O isə buna etiraz edib və deyib ki, həmin qonaq xüsusi təmtəraqla təqdim edilməyə layiq deyil. Bu məsələ isə kanal rəhbərliyi ilə müğənni arasında iplərin tamamilə qopmasına səbəb olub və müğənni "Lider TV"dən ayrılıb.

E.Xəlilovanın prodüseri isə müğənninin kanaldan ayrıldığını təsdiqləsə də, bunun səbəbləri barədə danışmaq istəməyib: "Bəli, Elnarə xanım "Xeyirli axşamlar" verilişindən gedib. Niyə gedib? Bu barədə açıqlama vermək istəmirik".

Onu da əlavə edək ki, həftə içi 5 gün yayımlanan  "Xeyirli axşamlar" verilişini bu axşam E.Xəlilovanın əvəzinə müğənni Nazənin aparacaq.

Qeyd edək ki, Elnarə "Lider"dən öncə "Space"də aparıcılıq edirdi. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>