Samsung-dan yeni Galaxy A8 və A8+ smartfonları

Yeni il təlaşı səngimədən hər bir yana Samsung şirkətindən yenilik xəbəri yayıldı. Bu ölkə bazarımızdan da yan keçməyən Galaxy A8 və A8+ smartfonlar xəttinin təqdimatıdır. Bu yeni xətt Azərbaycan bazarında yanvar ayının axırında istifadəyə çıxarılacaqdır.

A8 və A8+ smartfonları "sərhədsiz" displey ilə təchiz olunub, lakin əvvəlki modellərdən fərqli olaraq, bu A seriyasında istifadə olunan ən böyük ekrandır. Şübhəsiz ki, belə geniş bir displeyin həm film seyrində, həm də adi iş prosesində üstünlükləri çoxdur.

2017-ci ilin A seriyasında istifadə edildiyi kimi yeni smartfonların dizaynında da vəznli və axarlı, zərif xətlərdən istifadə olunub. Yüksək erqonomikası sayəsində hər iki smartfon əldə rahat yerləşir. Metaldan ərzəyə gətirilmiş yan çərçivə isə smartfonlara incəlik və premiallıq hissi bəxş edir. Yüksək keyfiyyətli plastik və şüşədən hazırlanmış arxa panel hər toxunuşda zərif təəssurat yaşadaraq, cihazların incə obrazını tamamlayır.

Yeni smartfonlar hazırda bazarda mövcud olan ən yaxşı ikili ön kamera ilə təchiz olunacaqlar. İki frontal kamera tək kameranın qeyd edə bilmədiyi hər bir detalı və incəliyi məharətlə əks etdirəcək. İndi bir çoxlarının bəyəndiyi və geniş istifadə etdiyi "Boke" effektini həm də selfilərdə tətbiq etmək olacaq. Həmçinin, "Live Focus" funksiyası sayəsində kameranız həqiqətən vacib olan detalları qeyd edəcək. Buraya geniş stiker dəstinin istifadəsini və bir çox "beauty" effektinin tətbiq edilə bilməsini də əlavə etsək, siz smartfonunuzda yerşləşdirilmiş tam funksional və qüsursuz fotoapparata yiyələnmiş olursunuz. Əsas kamera isə işığa həssas obyektiv ilə təchiz olunaraq, hətta, zəyif işıq şəraitində belə, parlaq və aydın şəkillər çəkməyə imkan yaradacaq.

Yeni smartfonlarının işləmə prosesinə nəzər yetirsək, burada təkmilləşdirilmiş xüsusiyyətlər, yenilənmiş imkanlar və güclü prossesorla üzləşərik. Bu parametrlərin hər biri Galaxy A8 və A8+ -in həqiqətən sürətli və multifunksional cihaz olmalarına işarədir.

Sözsüz ki, Galaxy A8 və A8+ smartfonları istifadəçiləri sevindirərək mobil cihazlar bazarında öz xüsusi yerlərini tutacaqlar. Sizi bilmirəm, amma mən 2018-ci ilin "İlk"ini səbirsizliklə gözləyirəm.

Samsung Galaxy A8 və A8+ smatrfonları haqqında əlavə məlumatla Baku Electronics, Irshad Telecom, Kontakt Home, Maxi.Az və Soliton mağazalar şəbəkəsində tanış ola biləcəksiniz.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>