“Zek” Bakıda 2 kilodan çox heroinlə gəzirmiş – FOTO

Bakıda narkotik maddələrin satışı ilə məşğul olan keçmiş məhkumdan 2 kiloqramdan artıq heroin aşkar olunub.

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN-dən Milli.Az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş Oğuz Babayev saxlanılıb.

Polis İdarəsində üzərinə baxış zamanı ondan külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb. Ekspertizaya təqdim olunan həmin narkotik maddənin ümumi çəkisinin 2 kiloqram 100 qram yüksək psixotrop təsirə malik heroin olması barədə rəy verilib.

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib. Araşdırma zamanı O.Babayevin narkotik vasitələrin aludəçisi olduğu müəyyən edilib. O, ifadəsində külli miqdarda heroini satıb gəlir əldə etmək və şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını bildirib.

Qeyd olunan faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Pünhan Mirzə

Milli.Az
 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>