10 minlik oğurluq edən “Malış Ramin” dəstəsi ilə tutuldu – VİDEO – FOTO

Abşeron rayonu Masazır qəsəbə sakini Məhəmməd Məmmədov yanvarın 6-da polisə müraciət edərək yaşadığı evdən təxminən 10 min manat dəyərində qızıl oğurlandığını bildirib. 

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, Rayon Polis İdarəsi və DİN-Baş Cinayət Axtarış İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat istintaq tədbirləri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş, cinayət aləmində "Malış" ləqəbi ilə tanınan, 29 yaşlı Ramin Həmidov və 33 yaşlı Həsən Əliyev saxlanılaraq istintaqa təqdim olunub.

Həsən Əliyev (saxlanılan şəxs): "Ramini qardaşı vasitəsilə tanıyırdım. Onun qardaşı ilə dost idik. Planlaşdırdıq evlərə girdik. 4 evə girdik, üçündən heç nə çıxmadı, birindən qızıl çıxdı. Qızılları saxladım ki, satıb pulu bölək. Sata bilməyib yaxalandım".

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

10 minlik oğurluq edən

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>