Tanınmış azərbaycanlı aşıq dəfn olundu – FOTO – YENİLƏNİB

15:24

Azərbaycanın tanınmış aşığı Vüqar Mahmudoğlu dəfn edilib.

Milli.Az report.az-a istinadən bildirir ki, V.Mahmudoğlu Qobustan rayonunun Şıxzaharılı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, bir neçə gün öncə infarkt keçirən V.Mahmudoğlu Mərkəzi Gömrük Hospitalında ürəyindən əməliyyat olunmuşdu.

Xatırladaq ki, o, 3 noyabr 1970-ci ildə böyük Azərbaycan aşığı Mahmud Ələsgəroğlunun ailəsində doğulub.

Allah rəhmət eləsin!

————

09:46

Aşıq sənətinin tanınmış nümayəndələrindən olan aşıq Vüqar Mahmudoğlu dünyasını dəyişib.

Milli.Az bildirir ki, bu barədə "ölkə.az"a aşığın yaxınları məlumat verib.

Bütün səylərə baxmayaraq, 2 gündür reanimasiyada saxlanılan aşığın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, aşıq Vüqar Mahmudoğlu 1970-ci il noyabrın 3-də Şamaxıda doğulub. Şirvan aşıq sənətinin məşhur ustadlarından olan aşıq Mahmud Ələsgəroğlunun ilk övladıdır.

Xatırladaq ki, aşıq Vüqar Mahmudoğlu ifarkt keçirib.

Allah rəhmət eləsin!

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>