“De ki, pul lazımdır, verim” – Kənd sakininin mal-qarası oğurlandı – VİDEO – FOTO

Tovuzun Hacıalı kəndində oğurluq olub.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, gecə saatlarında kənd sakini Müşfiq Tağıyevin tövləsindən iki baş mal-qara oğurlanıb.

Zərərçəkən dərhal Tovuz Rayon Polis Şöbəsinə məlumat verib. Tağıyevin sözlərinə görə, oğru ərazini yaxşı tanıyan biri olub. O, yalnız kökəltmək üçün bağlanılan heyvanları seçib aparıb.

Müşfiq Tağıyev – Kənd sakini: "Bura kəndin qırağıdır. Oğlum çağırdı ki, mal-qara yoxdur. Arxa tərəfdən aparıblar. Ayaq izləri var. Kimdisə bilən adamdır. Sənə pul lazımdırsa, de ki, ay Müşfiq, 300 manat ver. Tapım düzəldim verim".

Fakt araşdırılır.

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>