Eltonu kim öldürmək istəyib? – “Çayıma zəhər qatdılar…”

"Arxamca şər-böhtan atan ikiüzlü riyakarlar, sözüm sizədir. Üzümə deməyə cürətiniz, kişiliyiniz çatmır. Məndən qorxub çəkinirsiz. Bəs Allahdan qorxmursuz? Bilirsiz ki, Eltona şər yaxa bilməzsiz. Məni həzm etmirsiz. Hamınızın cavabını Allah verir və verəcək". 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Elton Hüseynəliyev rəsmi İnstaqram səhifəsində yazıb. Sənətçi onunla bağlı danışanlara sərt cavab verib:

"Çox qəribədir. İnsan iftira atdığı insandan qorxur, amma Allahdan yox. Kim ki, arxamca danışıb üzümə gülürsə, bu hərəkətiylə necə alçaq və ikiüzlü olduğunu göstərir. Həmişə rahat yaşamışam, bundan sonra da yaşayacam. Allahdan qorxuram, insanlardan yox. Toylarda mənə verilən pulun əvəzini işimlə qaytarıram, oxumağımla iftira atanların cavabını verəcəm. 

Mən heç kimin uğuruna paxıllıq, lağ etmirəm. Həmişə təvazökar olmuşam. Məni öz həyatım maraqlandırır. Necə vaxtdır efirlərə çıxmıram, bəziləri kimi kanalların qapısında yatmıram, kimlərəsə yaltaqlıq etmirəm. Necə illərdir sizin kimi murdarlarla mübarizə aparıram. Məni şərlə yıxmaq istəyirsiz, alinmir". 

Elton iddia edib ki, vaxtı ilə onun çayına zəhər qatıblar:

"Məni 100 kişi cildində olan arvadağızlar sevməsə də, əsl kişilər yaxından tanıyır. Yerimi, həddimi, indi də artıq dəyərimi bilirəm. Alnım açıqdır, üzümü ağdır. Heç kimin yanından gözüm kölgəli deyil. Neçə müğənni, prodüser mənə oyunlar qurdu, Moskvaya belə pul verib məni deport edirdiz. Cadular, mundarlıqlar… Çayıma zəhər belə qatanlarınız oldu. Amma mən yenə öz işimdə və yerimdəyəm". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>