"Euroviosion-2017"nin qalibi Salvador Sobral əməliyyat olunub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ona ürək transplantasiyası həyata keçirilib.
Dörd saatlıq əməliyyat Lissabonda baş tutub. Hazırda ifaçının vəziyyətinin normal olduğu deyilir.
Qeyd edək ki, müğənni 3 aydır, donor axtarıldığı müddətdə reanimasiyada süni aparata qoşulu vəziyyət yaşayıb. Onun donoru Britaniyada ölən 13 yaşı qız olub. Uşaq orqanları ilə Salvadordan başqa daha 7 nəfəri xilas edə bilib.
Xatırladaq ki, S.Sobral bu il mayın 13-də Kiyevdə keçirilən mahnı musabiqəsində "Amar Pelos Dios" ("Sevgi ikimizə də yetər") adlı mahnı ifa etmişdi.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Mənbə: milli.az