Quranda şer yazmaq və şairlər barədə nə deyilir?

İslam dini İslama və əxlaqa zidd olmayan müsbət mahiyyətli şeri bəyənmiş və buna həvəsləndirmişdir. Peyğəmbərimiz Muhəmməd (s. a. v.) bu barədə belə buyurub:

"Şerin bir hissəsi hikmətdir".

Buna əlavə olaraq başda Buxari olmaqla bir çox hədis kitabında belə bildirilir ki, peyğəmbərimiz şəxsən özü şer demiş, Həsən bin Sabit və Amir bin Əl-Əqva kimi bəzi şair əshabələrinə də bu məsələdə icazə vermiş və həmin şerlərə özü də qulaq asmışdır.

Milli.Az muselmanlar.com-a istinadən bildirir ki, amma şer neqativ bir xüsusiyyət daşıdığı vaxt zərərli hesab olunub və pislənib. İnsanları pis yola aparan şerlə əlaqədar olaraq Quranın Şüəra (Şairlər) surəsində belə deyilir:

"O şairlərə gəlincə, onların dalınca ancaq azğınlar gedərlər. Görmürsənmi, onlar hər sahədə həddi aşıb gedirlər. Həm də görməyəcəkləri işi dillərinə gətirirlər (deyirlər)". (Şüəra, 26/224-226)

Amma İslama və əxlaqa zidd şer deməyən ya da yazmayan şairlər istisna təşkil edirlər:

"Ancaq iman gətirən, yaxşılıq edən, Allahı tez-tez zikr edən və haqsızlığa məruz qalanda intiqam alan şairlər belə deyillər. Haqsızlıq edənlər necə yıxılacaqlarını görəcəklər (hansı dönüşlə döndəriləcəklərini, aqibətlərinin necə olacağını) mütləq biləcəklər". (Şüəra, 26/227)

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>