17 min dollara mobil telefon?

Barselona FK və Argentina yığma komandasının əfsanəvi futbolçusu, beşqat "Qızıl Top"un sahibi Lionel Messi dünyada ilk kriptosmartfonu- FINNEY-in hazırlanması üzrə ixtisaslaşan Kenesa Rakişevə məxsus Sirin Labs şirkətinin siması seçilib.

Milli.Az facemark.az-a istinadən xəbər verir ki, hazırda "Sirin LABS" "Fınney" (cib telefonu və kompüterləri kiber müdafiə sistemi ilə təchiz edilib) elektron qurğuların xətti üzərində işləyir.

SIRIN LABS üçün bu markanın səfiri kimi dünya ulduzlarının cəlb edilməsinin birinci təcrübəsi deyil.

Daha əvvəl şirkət aktyor Tom Hardi və top-model İrina Şeyk ilə əməkdaşlıq edib.

Şirkət iddia edib ki, yeni sistem kripto-valyuta cüzdanları və təhlükəsiz əməliyyatlar kimi yüksək səviyyədə təhlükəsiz kriptoqrafik əsasa malikdir.

Qeyd edək ki, "SIRIN LABS" şirkəti süper təhlükəsiz android telefonlar istehsal edir. Mobil telefonların qiyməti adi android telefonları ilə müqayisədə dəfələrlər bahadır. Məsələn, şirkətin daha əvvəl istehsal etdiyi belə telefonların qiyməti nə az, nə çox düz 14-17 min dollar arasında dəyişib

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>