İntihar əcəldir? Qəti hökmü nədir?

Bu elə bir mövzudur ki, bunun üçün ayrı bir dərs keçmək lazımdır. Əlbəttə ki, heç kəsin özünü öldürməyə ixtiyarı yoxdur. Yəni, Allahın verdiyi canı ancaq O ala bilər. Quranda deyilir ki, özünüzü öldürməyin. Deməli, Allah Təala bizə buyurur ki, özümüzü həmişə qoruyaq. Onsuz da başımıza nə gəlirsə, səhlənkarlıqdan və ayağımızı boş buraxmağımızdan gəlir.

Milli.Az muselmanlar.com-a istinadən bildirir ki, intihar etmək haramdır. Bu barədə peyğəmbərimizdən (s. a. v.) nəql olunan mötəbər hədislər var. Həmin hədisləri və intihar haqqındakı başqa bir sual-cavabı aşağıdakı keçiddən oxuya bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/400.html

Keçək sualınızın ikinci hissəsinə. İntihar təbii ki, bir əcəldir. Amma necə bir əcəl? Bizim "Quran işığında doğru bildiyimiz yanlışlar" adlı kitabımızın "Əcəl" fəslini oxusanız, bu barədə ətraflı məlumat əldə edərsiniz.

Allah Təala insanlara onları yaratdığı vaxt ana bətnində bir əcəl müəyyənləşdirir. Yəni, bu, insan bədəninin yaşamaq müddəti, bir növ həyata qarşı davamlılıq müddətidir. Həkimlər buna baxırlar: Bu bədən xəstələnməsə və hər hansı bir qəzaya məruz qalmasa, neçə il yaşayar?

Əlavə olaraq, Allah Təala "əcəli müsəmma" adlanan bir əcəl müəyyənləşdirir. Bu da öz növbəsində insanın ən çox yaşayacağı müddətdir. Amma insanlar yol verdikləri səhvlərlə bu əcəlin müddətini qısalda bilirlər.

Bütün peyğəmbərlər öz ümmətlərinə belə deyiblər:

"Allahdan qorxun və mənə itaət edin! Allah günahlarınızdan keçsin və sizə müəyyən vaxtadək möhlət versin (sizi əcəli-müsəmmanıza qədər yaşatsın)". (Nuh, 71/3-4)

Buna görə də günah edənlər hər etdikləri günahla öz əcəllərini qısaldır. İntihar da belədir. Bunda da insan öz əcəlini qısaldır. Amma yenə də Allah bunu təsdiq etmədən ölüm həyata keçmir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>