İşlərin düyününün açılmasına yardım edən əməllər

Məsumların (ə) bəzi tövsiyəsindən əvvəl duanın şərtlərini bir daha yada salaq ki, onlara əməl edərək, duanın yerinə yetməsini daha da tezləşdirə bilərik.

1. Milli.Az deyerler.org-a istinadən bildirir ki, duadan əvvəl Allaha sitayiş etmək və Peyğəmbər (s) ilə Əhli-Beytə (ə) salavat göndərmək.
2. Dua edən zaman kamil diqqət.
3. Duada təkid etmək və onun yerinə yetməsinə əmin olmaq.
4. Yalvarmaq.
5. Ağlamaq, az da olsa belə.
6. Allahdan istədiyini dilinə gətirmək.
7. Tövbə.
8. Qəlb hüzuru.
9. Allaha itaət etmək, vacibatlarını yerinə yetirmək, haramlarından çəkinmək. (Tebyan)
İmam Sadiq (ə) buyurur: "O zaman ki, işlər sənin üçün çətinləşdi, günəş batan zaman iki rükət namaz qıl və ilk rükətdə "Həmd"dən sonra "Tövhid" surəsini oxu.
Sonra bu ayələri oxuyursan ki, "Fəth" surəsinin 1-3 ayəsidir.
(1) إِنَّا فَتَحْنَا لَكَ فَتْحًا مُّبِينً
(2) لِيَغْفِرَ لَكَ اللَّهُ مَا تَقَدَّمَ مِن ذَنبِكَ وَمَا تَأَخَّرَ
وَيُتِمَّ نِعْمَتَهُ عَلَيْكَ وَيَهْدِيَكَ صِرَاطًا مُّسْتَقِيمً
 
(3) وَيَنصُرَكَ اللَّهُ نَصْرًا عَزِيزً
İkinci rükətdə "Həmd"dən və "Tövhid"dən sonra "Şərh" surəsini oxu".
Bu namaz təcrübədən keçmişdir.
İmam Sadiq (ə) buyurur ki, dünya və axirət hacətlərinin yerinə yetməsi üçün bu duanı de:
اللهم اجعلنی اخشاك كانی اراك و اسعدنی بتقواك و لاتشقنی بنشطی لمعاصیك
و خدلی فی قضائك و بارك لی فی قدرك حتی لا احب تأخیر ما عجلت و لا تعجیل
ما اخرت و اجعل غنای فی نفسی و متعنی بسمعی و بصری و اجعلهما الوارثین
منی و انصرنی علی من ظلمنی و ارنی فیه قدرتك یا رب و اقر بذلك عینی.
Həzrət Sadiq (ə) başqa yerdə dünya və axirət hacətlərinin yerinə yetməsi üçün bu duanı tövsiyə etmişdir:
اللهم اعنی علی هول یوم القیامة و اخرجنی من الدنیا سالماً و زوجنی
من الحور العین و اكفنی مؤنتی و مؤنة عیالی و مؤنة ‌الناس و ادخلنی
برحمتك فی عبادك الصّالحین.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>