Azərbaycan iqtisadiyyatı artacaq -

BMT Azərbaycan iqtisadiyyatının 2018-ci ildə 1.8 faiz artacağını proqnozlaşdırır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu barədə təşkilatın iqtisadi və sosial məsələlər departamentinin hazırladığı "Dünya iqtisadiyyatının vəziyyəti və perspektivlər" adlı hesabatında qeyd edilib.
BMT-nin hesabatında vurğulanır ki, Azərbaycanda qeyri-neft sektorunda həyata keçirilən islahatlar, meqalayihələr inkişaf üçün əsas rol oynayır. Bu il qeyri-neft sektorunda əldə edilən irəliləyiş, ixracın artması iqtisadiyyatın daha da inkişafına səbəb olub.
İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə 2017-ci ildə statistik göstəricilər nəinki gələn il, eləcə də 2019-cu ildə müsbət nəticələr vəd edir. Elə BMT-nin də proqnozlarına görə, Azərbaycan iqtisadiyyatı 2019-cu ildə 2.3 faiz artacaq.
BMT-nin hesabatına əsasən 2018-2019-cu illərdə ölkə iqtisadiyyatının inkişafına "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatina başlanması da kömək edəcək. Bundan əlavə, TAP layihəsi çərçivəsində Avropoya qazın satılması da iqtisadiyyatın dayanqlığını təmin edən amillərdən biridir.
Dünyada iqtisadi böhranın səngimədiyi bir dövrdə Azərbaycan iqtisadiyyatının inkişafı düşünülmüş iqtisadi siyasətin, qəbul edilmiş strateji yol xəritələrinin məntiqi nəticəsi hesab etmək olar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin