Azərbaycanın turizm imkanları Yaponiyanın aparıcı televiziyasında

Yaponiyanın aparıcı Nippon televiziyasının dünya ölkələrinin mədəniyyət və turizm imkanlarından bəhs edən məşhur "Let's challenge the world" proqramının çəkiliş qrupu Azərbaycanda olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycanla bağlı yayımlanan verilişdə ölkəmizin turizm imkanları, paytaxt Bakının görməli yerləri, Qobustan, palçıq vulkanı, Yanardağ, Neftçala nefti ilə müalicə üsulları, eyni zamanda, xalqımızın qonaqpərvərliyi, Azərbaycan Dövlət Dillər İnstitutunda yapon dilinin tədrisi, Azərbaycanın milli mətbəxi və dolmanın hazırlanması barədə maraqlı süjetlər yer alıb.

Veriliş əsnasında Azərbaycan və Yaponiya arasında əlaqələrin yüksək səviyyədə olduğu, rəsmi qarşılıqlı səfərlərin həyata keçirildiyi də qeyd olunub.

Nippon televiziyasının 30 milyondan artıq tamaşaçı auditoriyası var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>