Məşhurluq arzusuna qurban getdi -

26 yaşlı çinli U Yunnin rufer və ekstremal kimi sosial şəbəkələrdə məşhurlaşmaq istəyirdi. O, Çinin müxtəlif şəhərlərindəki çoxmərtəbəli binaların, göydələnlərin damlarına, qaldırıcı kranlara dırmaşır, videolarını və selfilərini sosial şəbəkələrdə paylaşırdı.

Milli.Az South China Post-a istinadən bildirir ki, U-nun son video çəkmək istəyi faciə ilə nəticələnib.

Çinin Huan vilayətindəki Çanşa şəhərində yerləşən Huayuane Beynəlxalq Ticarət Mərkəzinin damına dırmaşmış U Yunnin aşağı sallaşaraq "çəkinmək" istəyirdi.

62 mərtəbəli binanın damından sallaşmış U iki dəfə çəkinəndən sonra yorulub.

O, aşağı düşməmək üçün çox səy göstərsə də, bir nəticə hasil olmayıb.

U düşüb və 28 metr aşağıdakı eyvana dəyərək həlak olub.

U Yunnin bu tryukun videosunu sevgilisi Szin Szinə göstərmək, sonra da qıza evlənməyi təklif etmək niyyətində idi.

Szin Szinin dediyinə görə, U Yunnin son videosunu sosial şəbəkələrdə paylaşmaqla 12 min dollar qazanmaq niyyətində idi.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məşhurluq arzusuna qurban getdi - şok kadrlar

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>