İranda yenə güclü zəlzələ baş verdi

İranın şərqində Rixter cədvəli ilə 5,9 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yerlatı təkanlar Kirman şəhərindən 49 kilometr şimalda qeydə alınıb.

İran Seysmoloji İdarəsinin yaydığı xəbərə görə, zəlzələnin episentri yerin 40 kilometr dərinliyində olub. Hadisə nəticəsində insan tələfatı və dağıntılar barədə hələ məlumat verilməyib.

Qeyd edək ki, ötən gün də İran və İraq sərhədində 5,6 bal gücündə zəlzələ baş verib.

Xatırladaq ki, ötən ay İranın Kirmanşah əyalətində, İraqla sərhəd yaxınlığında 7,2 bal gücündə zəlzələ baş vermişdi. Yeraltı təkanlar BƏƏ, Küveyt və İsraildə də hiss olunmuşdu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>