Azərbaycan Türkmənistan və İranla Xəzər dənizinin dibini böləcək

Azərbaycan həm Türkmənistan, həm də İranla ikitərəfli danışıqlar vasitəsilə Xəzər dənizinin dibinin bölünməsini həyata keçirəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Nazir müavini qeyd edib: "Biz həm Türkmənistan, həm də İranla ikitərəfli danışıqlar vasitəsilə Xəzər dənizinin dibinin bölünməsini həyata keçirəcəyik".

X.Xələfov qeyd edib ki, gələn ilin birinci yarısında Qazaxıstanda prezident Nursultan Nazarbayevin təklifi ilə Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinin keçirilməsi nəzərdə tutulur: "Sammitin tarixi dövlət başçıları ilə razılaşdırılacaq. Həmin dövrə qədər razılaşdırılmış konvensiya layihəsinin müvafiq olaraq ölkədaxili prosedurlar və digər normativ texniki proseslər keçməli olacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>