Ən qəddar bandalardan biri tutuldu – FOTO

Şotlandiya polisi narkoticarət, odlu silah alveri, insan oğurluğu və işgəncələrdə suçlanan mütəşəkkil cinayətkar dəstəni zərərsizləşdirib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 9 nəfərlik banda polisin təqibindən yayınmaq üçün ən müasir texnikadan istifadə edib.

Şotlandiya polisindən verilən məlumata görə, həddən artıq qəddar olan bu banda genişmiqyaslı fəaliyyət göstərib. Banditlər "kokain borcu"na görə insanları oğurlayaraq onları dəhşətli işgəncələrdən sonra qətlə yetiriblər.

Banda üzvlərinin evlərində axtarış aparılarkən külli miqdarda silah, sursat, nağd pul, narkotik maddələr, videomüşahidə və gizli dinləmə cihazları, avtomobillər aşkarlanıb.

50 yaşlı Devid Prodak, 37 yaşlı Barri O-Nil, 44 yaşlı Entoni Vuds, 41 yaşlı Frensis Malliqan, habelə Maykl Boumen (30), Mark Riçardson (30), Cerrard Dokerti (42), Stiven MakArdl (33) və Martin Fitssimmonsdan (37 yaş) ibarət banda ilə bağlı prosesi bu gün Qlazqo Ali Məhkəməsində başlanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>