18 yaşlı model biabırçı şəkildə öldü – FOTO

20-ci mərtəbədən yıxılan model İvana Smit ölüb.

Milli.Az Dailymail-ə istinadla xəbər verir ki, 18 yaşlı hollandiyalı  modelin cəsədi Persiaran Capsquare binasının 6-cı mərtəbəsinin eyvanından tapılıb. Cəsəd çılpaq halda olub.

Polisin dediyinə görə, burada cinayət əməli yoxdur. Lakin qızın ailəsi qızlarının öldürüldüyünü iddia edir. Onlar məsələnin araşdırılmasını tələb edirlər.

"Chanel" və digər firmalar üçün modellik edən 18 yaşlı İvana ölümündən əvvəl partidə iştirak edib. Səhər saatlarında onun çılpaq cəsədi tapılıb.

Polis hadisədə cinayət izinin olmadığını söyləsə də, qızın ailəsi İnterpola müraciət edib:

"Biz qızımızın 20-ci mərtəbədən yıxılıb ölməsinə inana bilmərik. Onun çılpaq cəsədi tapılıb. Bəs onun paltarları hanı, özü soyunub?"

Məsələ ilə bağlı araşdırma aparılır.

Emin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>