İlk OLED panellər çap olundu

Dünyada şırnaqlı çap metodunun köməyi ilə hazırlanmış ilk işıq diodu panelləri, nəhayət ki, satışa çıxarılıb. Yaponiyanın "JOLED" şirkəti tibbi monitorlarda istifadə üçün çap edilmiş panellərin ilk partiyasını tədarük edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, 2014-cü ildə "Panasonic" və "Sony" şirkətlərinin ümumi müəssisəsi kimi təsis edilmiş "JOLED" şirkəti elastik ekranlar bazarında öz yerini tutmağa çalışır. Hazırda Cənubi Koreya istehsalçıları bu sektorda liderlik edirlər. Koreya şirkətləri panellərin istehsalı üçün vakuumda termik buxar texnologiyasından istifadə edirlər. "JOLED" şirkəti tərəfindən istifadə edilən şırnaqlı çap metodu isə istehsal xərclərini xeyli azaldır.

Nisbətən yüngül və əla rəng göstəricilərinə malik olan "JOLED" panellərini qatar, təyyarə, avtomobil və smartfonlarda istifadə etmək mümkün olacaq. "Biz, həmçinin televiziya panelləri istehsalçılarına bu texnologiyanın sirrini verə bilərik" – şirkətin əsas texniki direktoru Takubo deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>