Apple Shazam-ı aldı

"Apple" Britaniyanın "Shazam" musiqi tanıma xidmətini alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Amerika şirkətinin bəyanatına istinadən "The Verge" nəşri məlumat yayıb.
"Biz "Shazam" və onun istedadlı komandasının "Apple"yə qoşulmasından çox həyəcanlıyıq", – deyə "Apple"nin nümayəndəsi bildirib.
Sazişin bağlanmasını "Shazam" şirkəti də təsdiq edib.
Bu barədə xəbəri ilk olaraq "TechCrunch" portalı yayıb. Onun məlumatına görə, sövdələşmənin qiyməti 300 milyon funt sterlinq (401 mln. dollar) təşkil edir.
"Shazam" musiqinin tanınması üçün istifadə olunan pulsuz proqramdır. "Mac OS", "Windows", "iOS" və "Android"in istifadəsi üçün əlçatandır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>