Gələn il bu bazarda artım olacaq

"Gartner" analitik şirkətinin proqnozuna görə, şirkətlər gələn il informasiya təhlükəsizliyinə 8% daha çox pul xərcləyəcəklər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, analitiklərin gözləntilərinə görə, 2017-ci ildə kibertəhlükəsizlik sahəsinə qlobal korporativ xərclərin həcmi 89,1 milyard dollara yaxınlaşacaq. 2018-ci ildə bu göstərici 96,3 milyard dollar təşkil edəcək.

Mütəxəssislərin sözlərinə görə, təşkilat və müəssisələr öz İT sistemlərinin mühafizəsinə daha çox sərmayə yatırırlar, çünki bu sahədə dövlət tənzimləməsi siyasəti dəyişir, müştərilər öz məlumatlarının təhlükəsizliyindən narahatdırlar, şirkətlərin rəqəmli biznes strategiyası mühüm dəyişikliklərə məruz qalır.

"İnformasiya təhlükəsizliyi üzrə xərclərin xeyli hissəsi şirkətlərin kibertəhlükələrə reaksiyası ilə bağlıdır, çünki güclənən kiberhücumlar və məlumat itkisi dünyada fəaliyyət göstərən təşkilatların işinə mane olur. "WannaCry" və "NotPetya" kimi kiberhücumlar informasiya təhlükəsizliyi xərclərinə birbaşa təsir göstərib, çünki belə hücumlar artıq üç il davam edir" – "Gartner"in tədqiqatlar üzrə direktoru Ruqqero Kontu deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>