Süni intellektli virtual həkim hazırlanıb

Çinin Quançjou şəhəri qadın və uşaqlar tibb mərkəzi süni intellekt əsasında "Ayı balası Mimu" adlı virtual həkim hazırlayıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, virtual həkim 2 milyona yaxın xəstəlik tarixçəsini öyrənməklə hazırda 32 xəstəlik növünə diaqnoz qoya bilir. Bundan başqa, 24 növ xəstəliyin diaqnozlaşdırılmasının dəqiqlik əmsalı 90 faizi üstələyir.
 
Məlumata görə, "Ayı balası Mimu"dan smartfon və ya kompüter vasitəsilə məsləhət almaq mümkündür. Bunun üçün "ayı balası"nın bədəninin problemlərin olduğu hissəsini basaraq simptomları seçmək lazımdır. Sonra virtual həkim ilkin diaqnoz qoyaraq xəstəxanaya müraciətlə bağlı məsləhətlər verəcək.
 
Bildirilir ki, mütəxəssislər tərəfindən "Ayı balası Mimu"nun iki variantı buraxılıb (xəstələr üçün və xəstəxana heyətinin istifadəsi üçün xüsusi versiya).
 
Quançjou şəhər qadın və uşaqlar tibb mərkəzinin klinik məlumatlar şöbəsinin rəhbəri Lyan Hueyinin sözlərinə görə, hazırda "Ayı balası Mimu" praktika mərhələsindədir, iş zamanı ona xəstəxananın real həkimi kömək edir.
 
Proqram xəstələrin simptomlarını müəyyənləşdirdikdən sonra doktor proqram tərəfindən əldə olunan məlumatları onlayn rejimdə "Düzdür", "Orta" və ya "Səhvdir" düymələrini basmaqla qiymətləndirir.
 
Gələcəkdə süni intellektli virtual həkimin 73 növ xəstəliyi diaqnozlaşdırmağı öyrənəcəyi, eləcə də xəstələrlə ünsiyyət qura biləcəyi planlaşdırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>