Yeni videokart kompüterləri gücləndirəcək

"NVIDIA" şirkəti yeni "Titan V" videokartını təqdim edib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, istehsalçı nümayəndələrinin sözlərinə görə, bu, fərdi kompüterlər üçün dünyada ən güclü videokartdır. Bundan başqa, yeni videokart "Volta" arxitekturası əsasında yaradılan ilk istehlak səviyyəli sürətləndiricidir.
 
Məlumata görə, qiyməti 2 999 dollar təşkil edən "NVIDIA Titan V" videokartı bir sıra ölkələrdə "NVIDIA" onlayn mağazaları vasitəsilə satılır. Videokart süni intellekt və dərin təlim sistemləri ilə iş üçün nəzərdə tutulub.
 
Bildirilir ki, 21,1 milyard tranzistorun istifadə olunduğu "NVIDIA Titan V" videokartı 110 teraflops məhsuldarlığı təmin edir. Videokart 5120 "CUDA" nüvəsi, 640 "Tensor" nüvəsi və 3072 bitlik interfeysə malik 12 giqabaytlıq "HBM2" videoyaddaşı ilə təchiz olunub. Baza tezliyi 1200 MHs, "Boost" rejimi 1455 MHs, yaddaş tezliyi 850 MHs təşkil edir. Qoşulma imkanlarına üç "DisplayPort" portu və bir "HDMI" daxildir. İstilik ayırma (TDP) tələbləri 250 Vatta bərabərdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>