Goranboyda qatı duman nəqliyyatın işini çətinləşdirib – FOTO

Goranboyda qatı duman avtomobil yollarında çətinliklərə səbəb olub.

Milli.Az "Report"a istinadən bildirir ki, gecə saatlarından etibarən Bakı-Qazax avtomagistralının Goranboydan keçən hissəsində əmələ gələn qatı duman avtomobillərin hərəkətində qismən problemlər yaradıb.
Havanın qəfil dəyişməsi ərazidə hərəkət edən avtomobil sahiblərini sürəti azaltmağa və bəzilərini isə maşını yol kənarında saxlayaraq gözləməyə vadar edib. Sürücülər uzaq vuran işıqlardan istifadə etmək məcburiyyətində qalıblar ki, bu da gediş-gəliş üçün əlavə problemlər yaradıb. Ərazidə olan sürücülərin bildirdiyinə görə, qatı duman yüngül qəzalara da gətirib çıxarıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>