İsrail “Həmas”ın Qəzza sektorundakı mövqelərinə zərbələr endirib

İsrail hərbçiləri raket atəşinə cavab olaraq "Həmas"ın Qəzza sektorundakı mövqelərinə zərbələr endirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

"Fələstindən atılan raketə cavab olaraq, İsrail müdafiə ordusunun tank və aviasiyası Qəzza zolağının cənubundakı "Həmas"ın hərbi postlarını atəşə tutub", məlumatda deyilir.
 
Qeyd edək ki, bundan əvvəl Qəzzadan İsrail ərazisinə bir neçə raket atılıb. İlkin məlumata görə, zərərçəkən olmayıb.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>