Fələstinə divan tutulur:

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı qismində tanıması qərarından sonra dünyanın ən müxtəlif yerlərində, ələlxüsus da Fələstində etiraz aksiyaları səngimir.
Milli.Az Reuters-ə istinadən bildirir ki, Fələstinin bütün məkanlarında insanlar küçələrdədir.

25 İsrail əsgərinin saxladıqları 14 yaşlı fələstinli Fevzi əl Cunilinin tutulduğu an çəkilmiş fotosu isə dünyanı dolaşır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sivasdakı mərasimdə nitqində fotonu xatırladaraq deyib: "Bu nə vicdansızlıqdır, bu nə şərəfsizlikdir!"


Fələstində isə Qərbi Şəriə, Qüds və Qəzzadakı etiraz aksiyalarında 2 fələstinli həlak olub, 351 nəfər yaralanıb, 748 nəfər həbs olunub.
69 fələstinli güllə, 271 nəfər plastik güllə yarası alıb, 11 fələstinlini isə İsrail əsgərləri vəhşicəsinə döyüblər.
İsrailin Qəzzanı bombardman etməsi nəticəsində 2 nəfər həlak olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>