Instagram Stories-ə yeniliklər gəldi

Instagram-ın məşhur Stories funksiyasına yeni özəllik gəlib.
Bundan sonra Stories paylaşımları ayrıca qovluqda saxlanılacaq. Instagram Stories çox böyük məşhurluq qazanmışdır. Buna görə də servis tərtibatçıları daimi olaraq onu təkmilləşdirirlər.

Milli.Az technote.az-a istinadən bildirir ki, əvvəllər Instagram Stories-də yalnız son 24 saat ərzində edilmiş foto və videoları paylaşmaq olurdu. Lakin keçən ay bu məhdudiyyət ortadan qaldırıldı. İndi isə bu funskiyaya yeni özəlliklər gəlib. Əvvəllər Stories paylaşımları 24 saatdan sonra avtomatik olaraq silinirdilərsə, bundan sonra bu paylaşımlar istifadəçinin hesabındakı xüsusi qovluqda saxlanacaq.

Onlar istifadəçinin hələ paylaşmadığı fotoların olduğu Arvix qovluğunda yerləşəcəklər. Bu halda Stories paylaşımları xronoloji şəkildə saxlanacaq. Bundan əlavə olaraq Stories arxivindən hamının görə biləcəyi ayrıca səhifə yaratmaq olar. Bu funksiya Stories Highlights adlanır. İstifadəçi bu səhifəyə hansı Stories paylaşımının düşüb-düşməyəcəyini özü müəyyən edəcək. Yeni Stories özəllikləri artıq iOS və Android platformalarında aktidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>