Bakıda 18+ konsert olacaq

Rusiyanın populyar "Leninqrad" qrupu iyulun 28-də ilk dəfə olaraq Bakıda "Jara-2018" musiqi festivalı çərçivəsində çıxış edəcək.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə məlumat sözügedən layihənin Instagram səhifəsinə yerləşdirilib.

"Dostlar, bizim sizin üçün tamamilə senzuradankənar xəbərimiz var. İyulun 28-də "Jara"da "Leninqrad" qrupu çıxış edəcək. Sevimli qrupunuzu və artistlərinizi gözləyin. Yaş məhdudiyyətinə diqqət yetirin. Yalnız həmin gün festivala 18 yaşına çatmayan şəxslər buraxılmayacaq" – deyə müraciətdə bildirilir.

İllik Bakı Beynəlxalq Musiqi festivalı "Jara" 2018-ci ildə 26-29 iyul tarixlərində Bakının Sea Breeze turizm kompleksində keçiriləcək.

"Jara" layihəsinin təşkilatçıları məşhur müğənni və bəstəkar Emin Ağalarov, Rusiya Federasiyasının əməkdar artisti Qriqori Leps, "Russkoye radio"nun və "Qızıl qrammofon" mükafatının təsisçisi Sergey Kojevnikovdur. Festivalda Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, ABŞ və digər ölkələrin populyar ekstrada ulduzları iştirak edir.

"Leninqrad" qrupu Sankt-Peterburqda Sergey Şnurov tərəfindən yaradılıb. Öz növbəsində çox sayda senzuradankənar sözləri olan və alkoqol-məişət mövzularında ekssentrik mahnıları ilə məşhurdur. Qrup öz yaradıcılığında truba, saksafon, trombon, tuba kimi nəfəsli alətlərdən geniş istifadə edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>