Hər bir Azərbaycan vətəndaşının öz “elektron kabinet”i olacaq

Azərbaycanın hər bir vətəndaşı "vahid pəncərə" prinsipi ilə fəaliyyət göstərən "elektron kabinet"ə sahib olacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Hesablama Mərkəzindən deyiblər.

Mərkəzdən qeyd olunub ki, "e-kabinet" vasitəsilə elektron əməliyyatları həyata keçirmək və bütün elektron xidmətlərdən istifadə etmək mümkün olacaq.

"Elektron kabinet" "e-id.az" portalında fəaliyyət göstərəcək. Bu portal yeni nəsil şəxsiyyət vəsiqələri verilməyə başlandıqdan sonra istifadyə veriləcək.

Mərkəzdən o da məlumat verilib ki, elektron imzanın şəxsiyyət vəsiqəsinə inteqrasiyası infrastrukturu artıq hazırdır və bu funksiya vətəndaşların "elektron hökumət" portalında (e-gov.az) müxtəlif xidmətlərin, o cümlədən sığorta, internet bankçılıq, elektron ödəmələr kimi xidmətləri əldə etməsi üçün açar rolunu oynayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>