Azərbaycan energetika sistemi üzrə 125 ölkə arasında

Dünya Enerji Şurasının 2017-ci il üçün tərtib etdiyi "energetika trilemmasının indeksi"ndə Danimarka dünya ölkələri arasında birinci yerdədir. Azərbaycan reytinqdə Cənubi Koreya, Avstraliya, Çin, Rusiya Federasiyası kimi ölkələri geridə qoyaraq Yaponiyadan sonrakı 31-ci yerdə qərarlaşıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "energetika trilemmasının indeksi"ə görə, bu indeks 125 ölkənin davamlı enerji sistemi ilə təminetmə qabiliyyətini üç bənd üzrə – enerji təhlükəsizliyi, enerji bərabərliyi və ekoloji dayanıqlılıq prinsiplərinə əsasən qiymətləndirir. Bu il Danimarka növbəti dəfə birinci yeri tutaraq, İsveçi, İsveçrəni, Niderlandı və Böyük Britaniyanı qabaqlayıb. Danimarka enerji təhlükəsizliyi üzrə birinci yeri, enerji bərabərliyində 12-ci yeri, ekoloji dayanıqlılıqda 4-cü yeri tutub. İndeksdə 31-ci yeri tutan Azərbaycan enerji təhlükəsizliyi və enerji bərabərliyi üzrə 44-cü, ekoloji davamlılıq üzrə isə 19-cu pillədə möhkəmlənib.

Reytinqin sonuncu pilləsində Niger dövləti yer alıb. Bu ölkədən əvvəlki yerləri Benin, Tanzaniya, Çad, Konqo və Zimbabve tutur. Azərbaycandan 21 pillə geri qalan Ermənistan 52-ci yerdədir.

Xatırladaq ki, Dünya Enerji Şurası beynəlxalq qeyri-kommersiya enerji təşkilatıdır. BMT-də akkreditə olunan bu qurum enerji problemləri ilə məşğuldur, öz sıralarında dünyanın 100-ə yaxın ölkəsindən 3000-dən çox dövlət təşkilatını və özəl təşkilatı birləşdirir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>