Alimlər ölüm planetini aşkarladı

NASA-nın mütəxəssislər qrupu elmə məlum olan heç bir canlı orqanizmin yaşaya bilməyəcəyi ölümcül ekzoplanet aşkarlayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, alimlər "Habl" və "Spitzer" teleskoplarının köməyi ilə Yerdən təxminən 325 işıq ili məsafədə yerləşənWASP-18b planetinin olduğunu müəyyənləşdirib.
 
Planetin səthində su olmasa da, canlı orqanizmlər üçün zərərli təsirləri olan karbon monoksidlə zəhərlənmiş atmosfer təbəqəsi mövcuddur.
 
"WASP-18b-nin tərkibi gözləntiləri doğrultmadı. Atmosferində karbon monoksidin bu qədər üstünlük təşkil etdiyi başqa bir planet barədə məlumatımız yoxdur", – tədqiqatın iştirakçısı Kayl Şeppard deyib.
 
Qeyd edək ki, bir qədər əvvəl avropalı alimlər ölçülərinə görə Yer kürəsinə bənzəyən və ondan 11 işıq ili məsafədə yerləşən Ross 128b ekzoplanetini aşkar edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>