Dünyanın ən yaxşı 10 universitetində

Dünyanın ən nüfuzlu universitetlərində oxumaq çoxumuz üçün bir təmtəraqdır. Bu universitetlərdə ya ödəniş həddən artıq yüksək, ya da daxil olmaq üçün lazım olan meyarları əldə etmək çətindir.

Bu mübarizədə tələbələr arasında rəqabət səviyyəsi çox yüksəkdir, müraciət müddəti ilə müsahibələr çox çətin bir maneə yaradır. Çoxlu sayda namizədin müraciəti mənfi sonluqla nəticələnir.

Bəzi seçilmiş universitetlər və təşkilatlar isə bu vəziyyətə müdaxilə edirlər. İndi Oxford-dan tutmuş Harvard-a kimi bir çox seçilən universitet internet üzərindən ödənişsiz dərs keçmək xidməti göstərir.

İnternetinizin olması, Princeton Universitetində biologiya dərsi keçərək beynin necə işlədiyini öyrənməyiniz üçün kifayətdir.

İnternet vasitəsilə cibinizdən pul xərcləmədən bəzi dərsləri öyrənə biləcəyiniz ən yaxşı 10 universitetin siyahısını tərtib etdik.

Línea

1. Oxford Universiteti

Böyük Britaniyanın ali təhsil qurumlarını qiymətləndirən Times Higher Education (THE) jurnalının 2017-ci il üçün dərc etdiyi siyahıda Oxford Universiteti ən yaxşı qurum seçilib.

Bu siyahının başında isə ABŞ və Britaniyada yerləşən universitetlər dayanır. Bu səbəbdən də dərslərin çoxu ingiliscə və bir çoxu da subtitrlədir.

Dünyanın ən yaxşı 10 universiteti
  Müəssisə Ölkə
1 Oxford Universiteti Britaniya
2 Cambridge Universiteti Britaniya
3 California Texnologiya İnstitutu ABŞ
4 Stanford Universiteti ABŞ
5 Massachusetts Texnologiya İnstitutu (MIT) ABŞ
6 Harvard Universiteti ABŞ
7 Princeton Universiteti ABŞ
8 Imperial College London Britaniya
9 Chicago Universiteti ABŞ
10 Pennsylvania Universiteti ABŞ

Oxford Universitetinin mətn, video və podcast (internetdən dinlənilən yayım) formasında təqdim etdiyi dərslərdən bəziləri bunlardır:

  • Shakespeare-i başa düşmək (ədəbiyyat)
  • Rəsm üsulları (incəsənət)
  • Biotekə giriş (fəlsəfə)
  • Şirkət təsis etmək (biznes)
  • Müasir dünyanın demoqrafik meylləri və problemləri (sosiologiya)

Oxford Universiteti

Línea

2. Cambridge Universiteti

Times Higher Education jurnalının 2017-ci il siyahısında ikinci yerdə olan Cambridge-dəki pulsuz onlayn dərslər də olduqca müxtəlifdir:

  • Çin dilinə giriş (dillər)
  • Alman dilinə giriş (dillər)
  • Ərəb dilinin əsas məlumatları (dillər)
  • Marksizm (fəlsəfə)
  • İqlim dəyişikliyinə uyğunlaşmaq (ətraf mühit elmləri)

University of Cambridge

Línea

3. California Teknologiyaİnstitutu (Caltech)

California Texnologiya İnstitutu (California Institute of Technology) ABŞ-da "Caltech" adıyla tanınır. Pasadena şəhərindəki özəl təşkilat bir elm və texnologiya mərkəzidir.

Kip Thorne

İnstitutun internet saytında "bu təhsil proqramlarının məqsədi, gələcək nəsillərin elm insanlarına və mühəndislərinə necə fərq yarada biləcəklərini öyrətməkdir" ifadələri yer alıb.

Coursera və edX texnologiya təhsil platformaları vasitəsilə paylaşılan pulsuz dərslərdən bəziləri bunlardır:

  • Elektron krio-mikroskop (biologiya)
  • Kainatın təkamülü (kosmos elmi)
  • Günəş sistemi elmi (kosmos elmi)
  • Beyin və dərmanlar (biologiya)
  • Cihazları öyrənmək (compüter elmləri)

Línea

4. Stanford Universiteti

Apple-in təsisçisi Steve Jobs-un 2011-ci ildə məzun ola bilməyərək ayrıldığı Stanford Universitetindəki məşhur çıxışı bu universitetin nüfuzunu daha da artırdı.

Stanford University kütüphanesi

Universitetdə ala biləcyiniz pulsuz dərslər:

  • Kriptoqrafiyaya giriş (kompüter elmləri)
  • Cinsi şəxsiyyətlər və sağlamlıq (tibb)
  • Bir psixoloq kimi düşünmək (tibb)
  • Rəqəmsal fotoqrafiya (incəsənət və cəmiyyət)
  • Algoritmlər (kompüter elmləri)

Línea

5. Massachusetts Texnologiya İnstitutu

ABŞ-ın Massachussett ştatındakı Cambridge şəhərində yer alan nüfuzlu özəl Massachusetts Texnologiya İnstitutu (Massachussetts Institute of Technology – MIT) siyasət elmlərindən tutmuş incəsənətə kimi bir çox sahələrdə pulsuz dərsləri internet səhifəsində paylaşır.

  • Elektromaqnit qarşılıqlı təsirlər (nüvə elmləri)
  • Hüquq və cəmiyyət (siyasət elmləri)
  • İş həyatına qərar verənlər üçün iqtisadi təhlillər (iqtisadiyyat)
  • Planlama, rabitə və rəqəmsal media (şəhər tədqiqatları)
  • Musiqi strukturlarını inkişaf etdirmək (musiqi və teatr)

Línea

6. Harvard Universiteti

ABŞ-ın yenə də Cambridge şəhərində yer alan Harvard Universitetində bu dərsləri öyrənə bilərsiniz:

  • Dünya ədəbiyyatında antik əsərlər (ədəbiyyat)
  • Münaqişə və fəlakətə bəşəriyyətin cavabı (sosiologiya)
  • Elm və aşbazlıq (elm)
  • Yaponiyanı arzu etmək (1850-1930): Qərbləşmə, üsyan və müasirlik (tarix)
  • Memarlıqda xəyal gücü (memarlıq)

Harvard Üniversitesi

Línea

7. Princeton Universiteti

New Jersey ştatındakı Princeton şəhərində yerləşən bu qurum ABŞ-ın ən qədim dördüncü universitetidir. Times-ın sıralamasına görə, Princeton Universiteti dünyanın ən yaxşı yeddinci təhsil ocağıdır.

Princeton Üniversitesi

İnternet vasitəsilə keçirilən bəzi dərslər:

  • Çətin sahələrədə hökumət necə işləyir? (siyasət elmləri)
  • İnşaat mühəndisliyi: Körpülər (mühəndislik)
  • Dünya tarixi laboratoriyası (tarix)

Línea

8. Imperial College London

Londondakı universitetin pulsuz onlayn dərslərinin çoxu bizneslə bağlıdıdr:

  • Uğurlu MBA üçün mühasibatın əsasları (biznes)
  • Uğurlu MBA üçün məlumat təhlillərinin əsasları (iqtisadiyyat)
  • Uğurlu MBA üçün maliyyənin əsasları (iqtisadiyyat)
  • Uğurlu MBA üçün riyaziyyatın əsasları (iqtisadiyyat)

Línea

9. Chicago Universiteti

Ən yüksək təhsil qurumları arasında doqquzuncu yerdə olan Chicago Universitetində pulsuz onlayn dərslərə bir neçə nümunə:

  • Beyni başa düşmək: Gündəlik həyatın nevrologiyası (biologiya)
  • Şəhər işlərində tənqidi mövzular (sosial erlmlər)
  • Qlobal istiləşmə: İqlim dəyişikliyinin modelləşməsi (ətraf mühit elmləri)
  • Aktiv qiymətləndirməyə giriş (iqtisadiyyat)
  • Satış strategiyalaı (biznes)

Eski ABD Başkanı Barack Obama

Línea

10. Pennsylvania Universiteti

  • Marketinqə giriş (iqtisadiyyat/biznes)
  • Bədənin bizə nə dediyini başa düşmək (biologiya)
  • Yunan və Roma mifologiyası (tarix və fəlsəfə)
  • Dizayn: Cəmiyyətlərdə əsərlərin yaradılması (incəsənət)
  • Müasir Amerika şeiri (incəsənət və cəmiyyət)

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>