Mahmud Abbas Fələstin xalqını silahlı mübarizəyə çağırdı

Mahmud Abbas Qüds və işğal altında olan digər əraziləri azad etmək üçün Fələstin xalqını silahlı mübarizəyə çağırıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Türkiyənin "Ahaber" nəşri yazır.

Məlumata əsasən, Fələstin lideri bu barədə ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra bəyan edib.

Mahmud Abbas qeyd edib ki, Trampın qərarının heç bir hüquqi əsası yoxdur.

"Qüds ərəb müsəlmanları və xristianların şəhəridir. Qüds Fələstin dövlətinin əbədi paytaxtıdır. Bu qərarla rəsmi Vaşinqton beynəlxalq və ikitərəfli sülh prosesinə zərbə vurdu. Belə qənaətə gəlmək olar ki, ABŞ sülh yolu ilə danışıqlardan kənara çıxıb", – deyə Mahmud Abbas bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>