İl hələ bitməyib, “yol terroru” 181 nəfərin canını alıb – SON STATİSTİKA

Bu il yanvarın 1-dən dekabrın 2-dək Bakı şəhəri üzrə 574 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Milli.Az xəbər verir ki, Bakı Şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, hadisələr nəticəsində 181 nəfər ölüb, 512 nəfər xəsarət alıb.

O bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 84 hadisə, 20 ölüm, 160 xəsarət faktı azalıb, eyni zamanda, xəsarət dərəcələri yüngülləşib: "Bu, dövlət yol polisi əməkdaşlarının məqsədli keçirdikləri tədbirlərin nəticəsidir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>