Məşhur italyan rəssam Karavacconun əsərləri Heydər Əliyev Mərkəzində təqdim ediləcək

Dekabrın 13-də Heydər Əliyev Mərkəzində "Karavacco – Opera Omnia" adlı sərgi açılacaq.

Milli.Az xəbər verir ki, Mərkəzdən Trend-ə verilən məlumata görə, sərgidə məşhur italyan rəssam Mikelancelo Merizi da Karavacconun 40-dək əsərinin rəqəmsal texnologiyadan istifadə edilərək hazırlanmış reproduksiyaları təqdim olunacaq.

Reproduksiyalar əsərlərin real ölçülərində və yüksək keyfiyyətdədir.

Mikelancelo Merizi da Karavacco (1571-1610) XVII əsr Avropa rəssamlığının islahatçısı, realizmin banisi, barokkonun görkəmli nümayəndələrindən biridir. O, Milanda dünyaya gəlib, lakin yaradıcılq karyerası Romada başlayıb. Qısa müddətdə özünü peşəkar rəssam kimi təsdiqləyib və əsərlərini rəssamlıqda inqilaba çevriləcək yeni dillə yaradıb. Karavacco əsərlərində işıq və qaranlığın kəskin və mükəmməl təzadını əks etdirib.

"Karavacco – Opera Omnia" sərgisi isə Karavaco sənəti ilə texnologiyanın yeniliklərini qovuşdurur.

Sərgi İtaliya Xarici İşlər Nazirliyinin dəstəyi ilə 2003-cü ildə təşkil olunub və bir sıra ölkələrdə, sonuncu dəfə isə Gürcüstanda təqdim edilib.

Heydər Əliyev Mərkəzindəki sərgi 2018-ci il yanvarın 24-dək davam edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>