Özbəkistan Bakı-Tbilisi-Qars layihəsinə qoşulacağı vaxtı açıqladı

2018-ci ilin ilk rübündə Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yollu xətti ilə pilot qaydada tranzit yükdaşımalarına başlaya bilər.

Mİlli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Özbəkistan prezidenti Şövkət Mirziyoyevin imzaladığı fərmanın mətnində deyilir.
 
İmzalanan fərmanla prezident Özbəkistanın 2018-2022-ci illəri əhatə edən nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və xarici yükdaşıma marşrutlarının diversifikasiyasına dair dövlət proqramını təsdiqləyib. Proqrama Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yollu xətti ilə pilot qaydada tranzit yükdaşımalarının həyata keçirilməsi bəndi də yer alıb. Qrafikə əsasən, ilk yükdaşımaların həyata keçirilməsinə 2018-ci ilin ilk rübündən etibarən başlanılması nəzərdə tutulub.
 
Proqrama əsasən, Özbəkistan tərəfi Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa İttifaqı vahid nəqliyyat dəhlizinin formalaşdırılmasında da iştirak edəcək.
 
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılışı oktyabr ayının 30-da baş tutub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>