Şagirdlərin psixoloji problemlərinin qarşısını almaq işinə Təhsil İdarəsi qoşuldu

Paytaxt məktəblərində təhsil alan ibtidai sinif şagirdlərinin valideynləri üçün maarifləndirici təlimlər təşkil olunur.

Milli.Az xəbər verir ki, Başı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, "Məktəblinin dostu" layihəsi çərçivəsində reallaşdırılan təlimlərdə "Məktəblinin dostları" və psixoloqlar moderatorluq edirlər.

Təlimlərin keçirilməsində əsas məqsəd ibtidai sinif şagirdlərində psixoloji problemlərin yaranmasının qarşısını almaq, bununla bağlı valideynlərin məktəblərlə birgə işini təşkil etmək və onları maarifləndirməkdən ibarətdir.

Təlimlərdə uşaq psixologiyasına dair məsələlər müzakirə olunur, azyaşlı məktəblilərdə psixoloji problemlərin əmələ gəlməməsi üçün valideynlərə müvafiq təlimatlar verilir. Həmçinin, valideynlərin məsələ ilə bağlı məktəb və müəllimlərlə sıx əməkdaşlıq etməsinin vacibliyi önə çəkilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>