Xırdalanda yaşayış binasında YANĞIN:

Abşeron rayonunun Xırdalan şəhərində hündürmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 3 nəfər tüstüdən zəhərlənib.

Milli.Az FHN-ə istinadən xəbər verir ki, yanğın hadisəsi zamanı bina sakinləri təxliyə edilib və alovun qarşısı alınıb: "Yanğın tam söndürülüb. Hadisə zamanı 3 nəfər tüstüdən zəhərlənib".

Xatırladaq ki, hadisə şəhərin Mehdi Hüseynzadə küçəsi, 26-cı məhəllə ərazisində qeydə alınıb. Çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində şaxtada baş verən yanğın sonradan mənzillərə keçib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>