“Fənərbağça”nın sabiq hücumçusu yenə həbs edildi

Türkiyə millisinin və "Fənərbağça"nın sabiq hücumçusu, vaxtilə Super Liqanın bombardiri olmuş Zafer Biryolun "Fətullahçı Terror Təşkilatı" (FETÖ) ilə bağlı istintaq çərçivəsində saxlandığı, lakin sonra sərbəst buraxıldığı barədə məlumat vermişdik. 

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Biryol yenidən həbs edilib. Belə ki, prokurorluq sabiq hücumçunun sərbəst buraxılmasına etiraz edərək, onun yenidən həbs edilməsinə nail olub.

Sabiq hücumçu FETÖ təşkilatına dəstəkdə ittiham olunur.

Biryol karyerası ərzində "Mersin İdman Yurdu", "Ədirnəspor", "Göztəpə", "Fənərbaxça", "Bursaspor", "Çaykur Rizəspor" kimi komandalarda top qovub. O, Super Liqanın 2003-04 mövsümündə "Konyaspor"un heyətində 25 dəfə fərqlənərək, çempionatın bombardiri olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>