Nokia 9 smartfonu nə vaxt nümayiş olunacaq?

Finlandiyanın mobil qurğular üçün "Nokia" brendinin sahibi "HMD Global" şirkəti qabaqcıl "Nokia 9" smartfonunun nümayişini yanvarın 19-na planlaşdırır.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, bundan başqa, təqdimatda ikinci nəsil "Nokia 8" smartfonunun nümayişi gözlənilir. Hər iki qurğu Çin bazarı üçün adaptasiya ediləcək: məsələn, smartfonlar "Google" onlayn servis və əlavələrinin yerli analoqlarla əvəzlənəcəyi xüsusi "Android" versiyası ilə təchiz ediləcək.  
 
Məlumata görə, "Nokia 9" smartfonu tərəflərinin nisbəti 18:9 təşkil edən 5,5 düym diaqonallı "QHD" ekran, "Qualcomm MSM8998 Snapdragon 835" prosessor (Samsung Galaxy S8, Note 8 və HTC U11 smartfonlarında quraşdırılan və prosessorlar bazarında ən güclülərdən biri), qoşa kamera və "IP67" sertifikasiyası (tozdan və suyun 1 metr dərinliyində sudan tam qorunma) ilə təchiz ediləcək. "Nokia 9" və ikinci nəsil "Nokia 8" smartfonlarında qulaqcıqların qoşulması üçün 3,5 millimetrlik çıxışın quraşdırılması nəzərdə tutulmur.
 
6 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaşa malik "Nokia 9" smartfonunun qiymətinin 3699 yuan (təxminən 560 dollar) təşkil edəcəyi gözlənilir. Qurğunun 6 giqabaytlıq operativ və 128 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilən versiyasının qiyməti 4199 yuana (635 dollar) bərabər olacaq. 2018-ci il buraxılışlı "Nokia 8" smartfonunun qiyməti barədə məlumat verilmir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>