“Yerusəlim həm İsrailin, həm də Fələstinin paytaxtı olmalıdır” -

Yerusəlimin status məsələsi yalnız İsrail və Fələstin arasında birbaşa danışıqlar çərçivəsində həll oluna bilər, ikitərəfli münaqişənin nizamlanması isə paytaxtı bu qədim şəhərdə olmaqla iki ayrı dövlətin yaranması ilə başa çatmalıdır.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu çərşənbə günü jurnalistlərə BMT-nin baş katibi Antoniu Quterriş deyib.
"Yerusəlimin yekun statusu məsələsi iki tərəf arasında həm Fələstin, həm də İsrail tərəfinin qanuni istəkləri nəzərə alınmaqla BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının müvafiq qətnamələri əsasında birbaşa danışıqlar vasitəsi ilə həll olunmalıdır", – deyə dünya təşkilatının inzibati rəhbəri bildirib.
O, münaqişənin "sülh içində, təhlükəsizlikdə yaşayan" və hər ikisinin də paytaxtı Qüds olan iki dövlətin yaradılması yolu ilə nizamlanması formuluna alternativ olmadığını bildirib.
"B" planı yoxdur", – deyə o əlavə edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>