“Barboskinlər və Kitab rəfinin sirri” tamaşası Heydər Əliyev Sarayında – möcüzəli Yeni il nağılına səyahət – VİDEO

Yeni il hətta ən mümkünsüz hadisələrin baş verə biləcəyi, möcüzələrin gerçək olduğu, nağılın isə həqiqətən inanıldığı halda canlandığı vaxtdır.

"Barboskinlər və Kitab rəfinin sirri" tamaşasında Barboskinlərin ailəsini bu dəfə növbəti həyacanlandırıcı və əyləncəli səyahət gözləyir. Tamaşa Heydər Əliyev Sarayında 23 dekabr nümayiş olunacaq.

Biletlər Bakının bütün kassalarında və "Asan xidmət" mərkəzlərində, Bazarstore və www.iticket.az satılır. Əlavə məlumat və sifariş üşün  +994503549054.

İnformasiya dəstəyi – Trend.az, Day.Az, Milli.Az

Baba Barboskin nəvələrinə Yeni il hədiyyəsi hazırlayır – Sehrli nağıllar kitabı, uşaqların kitabı tamamilə unutması onu narahat edir, axı indi onlar üçün kompüter, noutbuk, planşet, telefonlar və qərq olduqları bütün bu virtual dünya onlar üçün daha çox maraqlıdır.

Qəddar Plesen və Pautina nağıllar kitabını məhv etməyə çalışırlar. Məlum olur ki, onların öz planları var. Onlar bütün kitabları birdəfəlik məhv etməyə, nağıllar aləminin tamhüquqlu sahibləri olmağa və qarşıdan gələn Yeni ili Mədəniyyətsiz ili elan etməyə hazırlaşırlar.

Barboskinlər başa düşürlər ki, bütün bədbəxtlik uşaqların nağıl personajların mövcudluğuna daha inanmamalarındadır. Qalan kitabları xilas etmək nağıllar üzrə səyahətə yollanırlar, onların qəhrəmanlarını uşaqlara görünməyə və öz gerçəkliklərini sübut etməyə inandırmağa çalışırlar.

Tamaşanın finalında bütün qəhrəmanlar toplaşan zaman Plesen zaldakı uşaqları razı salmağa çalışır ki, bu nağıl qəhrəmanları müasir qacetlərdən fərqli olaraq həqiqi deyillər. Lakin uşaqlar Barboskinlərlə birlikdə düzgün seçmək etmək iqtidarındadırlar. Axı onlara nə lazımdır – bütün qəlbləri ilə nağıla inanmaq.

Uşaqların möcüzəyə inamı sehrli xüsusiyyətləri nağıl personajlarına qaytarır. Plesen və Pautina məğlub olurlar, daha kitab rəfində onlara yer yoxdur.

Həyəcanlandırıcı süjetlər, kreativ dekorativ konstruksiyalar, orijinal musiqi tərtibləri, xoreoqrafik və sirk nömrələri bu tamaşanı əsl Yeni il hədiyyəsi edəcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Барбоскины приглашают отметить Новый год в Баку	- 1

Барбоскины приглашают отметить Новый год в Баку

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>