Beynəlxalq Muğam mərkəzində “Klassik musiqi axşamı” adlı konsert keçirildi

Beynəlxalq Muğam mərkəzində "Klassik musiqi axşamı" adlı konsert keçirildi.

Dekabrın 4-də Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə layihəsı çərçivəsində "Klassik musiqi axşamı" adlı konsert keçirilib.

Əvvəlcə ADMİU-nun  müəllimi,musiqişünas Sara Muradova çıxış edərək universitet tələbələrinin klassik musiqi sahəsindəki uğurlarından söhbət açıb.Konsertdə universitetin xor kollektivi çıxış edib,tələbələrdən isə Gülnarə Məmmədova,Rafiq Bəkirov,Pərvin Paşazadə,Zaur  Məmmədov,Sahib Məmmədov,Yusif Bədəlov,Müslüm Məmmədov,Günel Quliyeva,Nigar Hüseynova,Elməddin İbrahimli,Leyla Fərəcova,Leyla Əliyeva,Rəşad Kazımov,Zəhra Qarayeva,Səbinə Mehdiyeva klarnet,gitara,piano və başqa musiqi alətlərində ifa ediblər.Tədbir klassik  musiqisevərlər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki,dekabrın 6-da saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində "Muğam axşamları" layıhəsi çərçivəsində "Xaric Segah" muğamı səslənəcək.

Biletləri şəhərimizin kassalarından,"Asan xidmət" mərkəzlərindən və iticket.az(online) saytından əldə etmək olar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>