Bakıda ilk – Dünyanın ən böyük macəra və idman foto sərgisi paytaxtımıza gəlir – FOTO

"Red Bull Illume" foto sərgisinin davam edən dünya turnesinin növbəti dayanacağı Bakı şəhəri olacaq.

Milli.Az xəbər verir ki, sərgidə işıqlandırma mövzusuna uyğun olaraq "Image Quest 2016"nın finalçı 55 fotoşəkli 2×2 metrlik işıq qutuları üzərində nümayiş olunacaq. Dünyanın möhtəşəm macəra və idman foto müsabiqəsində, həmçinin, bu ilin noyabrında Azərbaycanda keçirilən Milli Mobil Müsabiqədə iştirak edən və qalib gələn 5 fotoşəkil təqdim ediləcək. Bu qaliblər 19 dekabr 2017-ci il tarixində keçiriləcək rəsmi açılış gecəsində elan olunacaq. Onlar "Irshad Telecom" və Bakı Şəhər Halqasından dəyərli hədiyyələr qazanacaqlar. Təşkilatçılar Bakı turunun unudulmaz bir sərgi kimi yaddaşlara həkk olunacağına söz verirlər.

Sərgi Bakının mərkəzində, ecazkar memarlıq nümunəsi olan və müasirliklə yanaşı, Azərbaycan xalqının zəngin mədəni irsinin yeni rəmzi hesab edilən Heydər Əliyev Mərkəzinin parkında keçiriləcək.

Qeyd edək ki, sərgi 19 dekabr 2017 – 15 yanvar 2018-ci il tarixləri arasında, hər gün saat 17:00-dan 23:00-dək açıq olacaq. Girişin hər kəsə sərbəst olduğu sərgi çərçivəsində həftəsonları əlavə əyləncəli proqramlar da təşkil olunacaq.

Xatırladaq ki, "Red Bull Illume" macəra və idman növlərinə həsr edilən dünyanın ən böyük beynəlxalq foto müsabiqəsidir. Ən yaradıcı və həyəcanverici fotoşəkilləri unikal incəsənət nümunəsi kimi təqdim edən müsabiqənin əsas məqsədi cəmiyyəti idman və macəraya daha da yaxınlaşdırmaqdır. "Red Bull Illume Image Quest 2016" 2007, 2010 və 2013-cü illərdən sonra keçirilən dördüncü müsabiqədir. 2016-cı ildə müsabiqəyə yeni "Mobil" kateqoriya əlavə edilib.

"Red Bull Illume Image Quest 2016"ya 120 ölkədən 5645 fotoqrafın rekord sayda – 34624 fotoşəkli təqdim edilib. "Red Bull Illume" qaliblərinin ABŞ-ın Çikaqo şəhərində keçirilən mükafatlandırma mərasimində 53 fotoredaktordan ibarət münsiflər heyəti 55 finalçı, 11 kateqoriya üzrə qalib və 1 ümumi qalibi müəyyən ediblər. Müsabiqədə alman fotoqraf Lorenz Holder atlet Senad Qrosikin payızda Almaniyada körpü üzərində "BMX" velosipedi sürdüyü zaman çəkdiyi şəkli ilə ikinci dəfə qalib olub.

Müsabiqə və sərgi haqqında daha ətraflı məlumatı redbullillume.com resursundan əldə etmək olar.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>