Göyçayda “Mercedes” “Kamaz”a çırpılıb -

Göyçayda 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə rayon mərkəzində baş verib. "Mercedes" markalı avtomobil idarəetməni itirərək yolun kənarında dayanan "Kamaz" markalı yük maşınına çırpılıb.

Hadisə nəticəsində minik avtomobilində olan Ucarın Lək kənd sakini, 1964 -cü il təvəllüdlü Əhmədov Ağamir Səftər oğlu, Göyçayın I Ərəb kənd sakini, 1983 -cü il təvəllüdlü Eyyubov Asiman Ələmdar oğlu və onun həmkəndlisi, 1991-ci il təvəllüdlü Hadıyev Sadiq Əvəz oğlu ağır xəsarət alıblar.

Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaralılardan A.Əhmədovun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>