İsmayıllıda FACİƏ:

İsmayıllıda 30 yaşlı oğlan dəm qazından zəhərlənərək ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə İsmayıllı rayonunun Mican kəndində qeydə alınıb.

Kənd sakini 1987-ci il təvəllüdlü Yusifov Emil Tanrıverdi oğlu hamamda çimərkən kustar üsulla quraşdırılan su qızdırıcısının nasazlığı səbəbindən evə daxil olan dəm qazından zəhərlənib. Ailə üzvləri hadisədən gec xəbər tutublar. Evə çağırılan İsmayıllı Mərkəzi rayon Xəstəxanasının təcili yardım stansiyasının briqadası Emil Yusifovun zəhərlənmə nəticəsində dünyasını dəyişdiyini bildirib.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>