ABŞ generalı Trampın nüvə zərbəsi əmrini yerinə yetirməyəcək

ABŞ Hərbi Hava Qüvvələrinin generalı, Strateji Komandanlığın rəhbəri Con Hayten prezident Donald Trampın nüvə zərbəsi barədə əmrini qanunsuz saydığı təqdirdə yerinə yetirməyəcəyini bəyan edib.

Virtualaz.org bildirir ki, bu barədə "CBS News" telekanalı xəbər yayıb.

D. Trampın Şimali Koreyaya nüvə zərbəsi endirməsi barədə təhdidini şərh edən general bildirib ki, komandanlıq on illər ərzində zərurət, proporsional zərbə, lazımsız itkilər və digər məqamları nəzərdə tutan mümkün ssenarilər üzərində çalışır: "Əgər prezident mənə əmr verərsə, ona məsləhət verəcəm. Əgər bu əmr qanunsuzdursa, nə baş verər? Mən prezidentə deyəcəm ki, bu, qanunsuzdur. Bu halda prezident bunun qanuni olduğunu deyəcək? Biz variantlar barədə düşünəcəyik. Bu məsələ elə də mürəkkəb deyil".

General onu da əlavə edib ki, qanunsuz əmrin icrası üçün hərbçi həmişəlik həbsxanaya düşə bilər. Bundan başqa, onun sözlərinə görə, nüvə silahının tətbiqi ilə əlaqədar ABŞ-ın üzərinə məsuliyyət düşür, "hansını ki, düşünməmək mümkün deyil".

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>