Ermənistanda çavuş və əsgər hərbi hissədən qaçdı

Son vaxtlar Ermənistan ordusu ilə bağlı yayılan məlumatlar açıq aydın göstərir ki, bu ölkənin vətəndaşları olan gənclər hərbi xidmətdən istənilən yolla boyun qaçırır və ordudan yayınırlar. Azacıq imkanı olanlar müxtəlif yollar tapıb xidmətə getmir, imkanı olmayanlar və məcburən xidmətə getməli olanlar isə hərbi hissələrini özbaşına tərk edirlər.

Milli.Az report-a istinadən xəbər verir ki, bu günlərdə sosial şəbəkələrdə daha iki erməni hərbçinin fərarilik etdiyi barədə məlumat paylaşılıb.

Əlahiddə artilleriya alayının kiçik çavuşu Qriqor Şahnazaryan və əsgər Vreji Qriqoryan xidmət yerini özbaşına tərk ediblər. Hər iki hərbi qulluqçu barəsində cinayət işi açılıb, axtarış elan olunub.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>